Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

26 il sonra yenidən qalib gəldi

26 il sonra yenidən qalib gəldi

Tarix: 25 Avqust 2025 20:12

Nigeriyalı boksçu İke İbeabuçi 26 illik fasilədən sonra ilk döyüşündə qalib gəlib.

Sonxeber.net xəbər verir ki, Nigeriyanın Laqos şəhərində baş tutan döyüşdə İbeabuçi həmyerlisi İdris Afineni məğlub edib. Döyüşdən sonra İbeabuçi ağır çəkidə mütləq dünya çempionu, ukraynalı Oleksandr Usiki döyüşə çağırıb.

İbeabuçinin 52 yaşı və 21 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur. 1999-cu ildə idmançı zorlama və təcavüzdə ittiham edilərək həbs cəzasına məhkum edilib. O, 2015-ci ildə azadlığa buraxılıb. /oxu.az


Etiketlər:  sonra yenidən qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ