Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 13:46
Bu axşam İstanbulda "Şükrü Saracoğlu Stadionu"nda "Fənərbağça" və "Qalatasaray" komandaları növbəti "İnterkontinental Derbi"də üz-üzə gələcəklər.
Sonxeber.net xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçın baş hakimi Yasin Koldur.
Tarixə nəzər saldıqda, komandalar indiyədək 403 rəsmi qarşılaşma keçiriblər. Bu oyunlarda "Fənərbağça" 149 qələbə, "Qalatasaray" isə 130 qələbə qazanıb, 124 oyun isə heç-heçə ilə nəticələnib. Top fərqinə görə isə "Fənərbağça" 543, "Qalatasaray" isə 502 qol vurub.
Hər iki klub üçün bu matç həm titul uğrunda, həm də tarixdəki əzəli rəqabət baxımından böyük əhəmiyyət kəsb edir.
Futbolsevərləri bu axşamki görüşdən hər iki komanda adına çox ümidlidirlər.
Tural