Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 13:40
ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib.
Sonxeber.net bu barədə ATƏT-ə istinadən xəbər verir.
Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu.
Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.
Xatırladaq ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəstək məqsədilə Rusiya, ABŞ və Fransa həmsədrliyi ilə yaradılmışdı, lakin münaqişənin nizamlanmasına nail olmamışdı. Azərbaycan uzun müddət Ermənistanla rəsmi sülh sazişinə irəliləyiş üçün ilkin şərt kimi Minsk Qrupunun ləğv edilməsini tələb edirdi. Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT sədri ilə (Minsk prosesinin bağlanması ilə əlaqəli) bağlı müraciət göndəriblər.