Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 11:50
Beren Saat və Kenan Doğulunun yanan evindəki dəyərli itkilər üzə çıxıb
Beren Saat-Kenan Doğulu cütlüyünün Los-Ancelesdə yerləşən və yanğın zamanı tamamilə külə dönən evləri ilə bağlı yeni detallar məlum olub. OLAY-ın məlumatına görə, dəyəri 2,5 milyon dollar olan villa yanğın nəticəsində yaşayışsız hala düşüb.
Evdə məhv olan əşyaların siyahısı da açıqlanıb.
Yanğın zamanı:
dəyəri 1 milyon dollar olan musiqi studiyası,
muzeylərdən əldə edilmiş 15 ədəd qiymətli gitara,
Beren Saatın toy gəlinliyi,
cütlüyün toy görüntüləri, həmçinin 50-dən çox dəyərli sənət əsəri tamamilə yanaraq istifadə yararsız vəziyyətə düşüb.
Hadisə böyük maddi itki ilə yanaşı, cütlük üçün ciddi mənəvi zərər də yaradıb.
Musa