Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 15:15
Prodüser-aparıcı Tarix Əliyev məşhur müğənnilər Zabitə Əliyeva və Əməkdar artist Arzu Əliyeva arasında illərdir münasibətin olmadığını bildirib.
Sonxeber.net-ın məlumatına görə, o, məsələ ilə bağlı açıqlama verən Zabitə Əliyeva bunları deyib:
"Bu mövzuda söz açılmayıb, heç yerdə deməmişəm. Açıqlama verib bundan sonra mövzu barədə danışmayacağam. 14 ildir səhnədəyəm, nə şəxsi həyatımla, nə də sənətdən kənar heç bir mövzu ilə gündəmə gəlməmişəm. Bir neçə gündür efirlərdə bu söhbətlər gedir, istəmirəm danışım. Mənim onunla münasibətim yoxdur. Təkcə onu deyirəm ki, bu hər kəsin ailəsində ola biləcək şeylərdir. Mənim bu sənətdə və həyatda Allahdan başqa heç kimim yoxdur, heç kimin dəstəyinə də ehtiyacım yoxdur".
Zabitə Əliyeva bundan sonra mövzu ilə bağlı açıqlama verməyəcəyini deyərək, mövzuya nöqtə qoyub.
Musa