Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni MMA döyüşçüsü Rusiyada saxlanıldı

Erməni MMA döyüşçüsü Rusiyada saxlanıldı

Tarix: 1 Dekabr 2025 16:02

Erməni əsilli MMA döyüşçüsü və məşqçisi Tiqran Ohanesyan saxlanılıb.

Sonxeber.net xəbər verir ki, onun cinayətkar qrupun lideri olduğu məlum olub.

36 yaşlı Ohanesyan Rusiyada saxlanılıb.  

İlkin məlumatlara görə, MMA döyüşçüsü beş tələbəsindən ibarət dəstə yaradıb və hamısı Cənubi Qafqaz ölkələrindən olub. Dəstə Şökino və Tula sakinlərini qorxuda saxlayıb. Onlar özlərini güc strukturlarının nümayəndələri kimi təqdim edərək qurbanlarından 500.000 ilə 800.000 rubl arasında pul tələb ediblər.

Dəstə üzvlərinə cinayət işi açılıb.


Etiketlər:  Erməni döyüşçüsü Rusiyada saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ