Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 16:20
Moskvanın "Spartak" klubunda çıxış edən və Qana millisinin müdafiəçisi olan Aleksandr Ciku qış transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, futbolçunun bu qərarının əsas səbəbi ailə ilə bağlı yaranan çətinliklərdir. Məlumata görə, Cikunun həyat yoldaşı Rusiyadakı yaşayışdan narazıdır. Bu səbəbdən 31 yaşlı müdafiəçi agenti vasitəsilə yanvar ayında Türkiyənin "Beşiktaş" klubuna keçidlə bağlı müraciət edib.
Qeyd edək ki, Aleksandr Ciku "Spartak"a sentyabr ayında qoşulub və indiyədək komandada 11 görüşdə meydanda olub. O, daha əvvəl Fransanın "Kan" və "Strasburq", həmçinin Türkiyənin "Fənərbaxça" klublarında çıxış edib. Təcrübəli müdafiəçi Qana millisinin heyətində 36 oyun keçirib və 4 qolun müəllifi olub.
Hüseyn