Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 16:58
Argentina millisinin ulduz futbolçusu Lionel Messiyə həsr olunan heykəl yenidən dağıdılıb.
Sonxeber.net xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə Mar-del-Plata şəhərində baş verib.
Şəhərin məşhur kafelərindən birinin qarşısında yerləşən abidə naməlum şəxslər tərəfindən ikiyə bölünüb. Heykəldə Messi Argentina millisinin formasında, əlində dünya çempionluğunun kuboku ilə təsvir olunmuşdu. Skulptur 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna ehtiram əlaməti olaraq hazırlanmışdı.
Qeyd edək ki, bu, heykələ edilən ikinci vandal hücumdur. Messinin abidəsi 2024-cü ildə də oxşar şəkildə zədələnmişdi.
Hüseyn