Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2025 16:42
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Sonxeber.net xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb.