Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 10:06
Ukraynadan 24 fevraldan 4 marta qədər - cəmi 10 gün müddətində 1,4 milyona yaxın qaçqın var. Suriyada isə müharibə başlayandan sonra 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Bu isə o deməkdir ki, Ukraynadakı müharibə Suriyadakı savaşdan daha dəhşətli miqyas alıb. Avropanın mərkəzində ölçüyəgəlməz humanitar böhran yaşanır.
Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün humanitar dəhlizlərin yaradılmasıdır:
"Əlbəttə, bu vacibdir. Ancaq mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək. Rusiya ordusu Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına irəliləməyə çalışacaq".