Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşadan bu gün daha iki çarter reysi təşkil olunacaq

Polşadan bu gün daha iki çarter reysi təşkil olunacaq

Tarix: 6 Mart 2022 10:50

Ukraynadan Polşaya keçən daha 400-ə qədər Azərbaycan vətəndaşı bu gün axşam saatlarında iki çarter reysi ilə Katovitse şəhərindən Bakıya yola salınacaq.

Bunu hazırda Varşavada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

S. Adıgözəlli deyib ki, bu gün yerli vaxtla saat 01.00 radələrində Varşavada 400-ə qədər Azərbaycan vətəndaşı avtobuslarla Katovitse şəhərinə yola salınacaq: "Artıq dünəndən bu gün axşam saatlarında təşkil olunacaq iki çarter reysi ilə bağlı Varşavadakı azərbaycanlıların qeydiyyatı aparılıb".

Milli.Az


Etiketlər:  Polşadan bu gün daha iki çarter reysi təşkil olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ