Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1,2 milyon insan: Ukraynada onlar ölümdən qaçır

1,2 milyon insan: Ukraynada onlar ölümdən qaçır

Tarix: 7 Mart 2022 09:48

Rusiyanın Ukraynaya soxulmasının 10-cu günüdür. Ukraynanın müxtəlif bölgələrində döyüşlər davam edir: Kiyev yaxınlığında, Xarkov, Donetsk, Çerniqov, Sumi vilayətlərində, Xerson vilayətində.

Ukrayna ordusu rus bölmələrini Nikolayevdən çıxara bildiyini bildirib. Mariupol və Volnovaxadan mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər açılıb.

Sonxeber.net Radio Free Europe/Radio Liberty-yə istinadən bildirir ki, Rusiya qüvvələri paytaxt Kiyevi və Xarkovu mühasirəyə almaqda davam edir.

Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətdə deyib ki, o və yüksək rütbəli məmurlar Kiyevdə qalırlar:

"Biz döyüşməyə davam edirik. Dövlətimizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik" - Zelenski bildirib.

ABŞ dövlət katibi Antoni Blinken Brüsseldəki gərgin diplomatik səylər fonunda bildirib ki, Ukraynada vəziyyət "yaxşılaşmadan əvvəl daha da pisləşəcək". Ukrayna ordusu bildirib ki, Rusiya qüvvələri hücumda hava dəstəyi və yüksək dəqiqlikli silahlardan istifadə edir.

NATO ölkələrinin xarici işlər nazirləri Kiyevin hava məkanının uçuşlar üçün qapalı zona ela edilməsi müraciətinə mənfi cavab veriblər.

Zelenski buna cavab olaraq bildirib ki, NATO-nun uçuşa qadağa zonası tətbiq etməkdən imtina etməsi "zəiflik" və birliyin olmamasından xəbər verir. Ukrayna ordusu martın 5-də bildirib ki, rus əsgərləri tutduqları əraziləri Rusiyanın dəstəklədiyi separatçıların mərkəzi hökumətə qarşı səkkiz illik müharibə apardığı Şərqi Luqansk və Donbas bölgələrinin inzibati sərhədlərinə qədər genişləndirməyə çalışır.

Ukrayna komandanlığı bildirib ki, Kiyev rusiyalıların hücumu ilə mübarizəni davam etdirir. BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 300 mülki insan həlak olub, 1,2 milyondan çox insan isə Ukraynanı tərk edib.


Etiketlər:  milyon insan Ukraynada onlar ölümdən qaçır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ