Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda COVID-dən ölənlərin sayı 16 398 nəfərə çatıb

Gürcüstanda COVID-dən ölənlərin sayı 16 398 nəfərə çatıb

Tarix: 7 Mart 2022 18:02

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 910 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 626 282, xəstəlikdən ölənlərin sayı isə 16 398 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 1 562 614 nəfərin sağaldığı bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstanda COVID dən ölənlərin sayı 16 398 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ