Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərəh Əliyeva Yüksəliş qalibləri ilə görüşüb - FOTO

Fərəh Əliyeva Yüksəliş qalibləri ilə görüşüb - FOTO

Tarix: 7 Mart 2022 20:10

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri , "Yüksəliş" müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Sonxeber.net bildirir ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb. Görüş öncəsi Fərəh Əliyeva "Yüksəliş"müsabiqəsinin 4 qadın qalibini Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək onlara hədiyyələr təqdim edib.

Humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva onların təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb. Komitə sədri qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb. Qaliblər hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər. Bundan əlavə, qaliblər dövlət və sosial sahədə öz töhvələrini vermək istədiklərini əlavə ediblər. Öz növbəsində Fərəh Əliyeva səslənən təklif və fikirlərin gələcəkdə tətbiq edilməsi üçün qiymətləndirəcəyini qeyd edib. Son olaraq görüşdə növbəti "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi müzakirə olunub, yeni təkliflər haqqında fikir mübadiləsi aparılıb. Gələcəkdə bu cür görüşlərin mütəmaddi təşkil ediləcəyi bildirilib.

Qeyd edək ki, ikinci ildir keçirilən "Yüksəliş" müsabiqəsində 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək.

Qeydiyyat "Yüksəliş" müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək.

Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir.

Müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" qalibi elan olunan 20 iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulma, fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı qazanacaq.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Etiketlər:  Fərəh Əliyeva Yüksəliş qalibləri ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ