Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 10:24
Rusiya Federasiyası kollektiv Qərbin tətbiq etdiyi cəzalar, sanksiyalar və embarqolar baxımından dünya lideri oldu.
Sonxeber.net Bloomberg-ə istinadən bildirir ki, total sanksiyalara məruz qalan ölkələrin "qara siyahısı"nda ilk yeddiliyində Kuba 208 sanksiya ilə sonuncu yerdədir.
6-cı yerdəki Myanmaya qarşı 510, 5-ci yerdəki Venesuelaya qarşı 651, 4-cü yerdəki Şimali Koreyaya qarşı 2077, 3-cü yerdəki Suriyaya qarşı 2608, 2-ci yerdəki İrana qarşı 3616 sanksiya tətbiq olunub.
Rusiya Federasiyasına qarşı isə əgər fevralın 22-dək 2754 sanksiya tətbiq olunmuşdsa, fevralın 22-dən sonra həmin siyahıya 2778 sanksiya da əlavə olunub.
Beləliklə, hazırda RF-yə qarşı 5532 sanksiya qüvvədədir.