Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlər Kabineti beynəlxalq təşkilatlara "Laçın dəhlizi"i ilə bağlı məktub göndərib

Nazirlər Kabineti beynəlxalq təşkilatlara

Tarix: 9 Mart 2022 14:52

Nazirlər Kabineti "Laçın dəhlizi"ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və xarici dövlət orqanlarına məktub ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

"Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, "Laçın dəhlizi"ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb", - deyə hesabatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Nazirlər Kabineti beynəlxalq təşkilatlara Laçın dəhlizii ilə bağlı məktub göndərib


RƏYLƏR