Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyamın Aynuru dodağından öpməsi tənqid olundu - VİDEO

Niyamın Aynuru dodağından öpməsi tənqid olundu - VİDEO

Tarix: 9 Mart 2022 15:25

Müğənni Niyam Salami və həmkarı Aynur Dadaşovanın səhnədə bir-birilərini dodaqdan öpməsi müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən görüntüləri Niyam Salaminin özü instaqram səhifəsində paylaşıb.

Belə ki, restoranların birində səhnəyə çıxan ifaçılar duet oxuyublar. Daha sonra tamaşaçılar "öp, öp!" deyə qışqırmağa başlayıblar. Niyam bu sözlərdən sonra Aynuru dodağından öpüb.

Onların bu görüntüləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi ifaçıları tənqid edib, bunu ayıb hesab ediblər. Digər qism isə onları dəstəkləyib, Niyamla Aynurun bir-birinə çox yaraşdığını qeyd edib.

Milli.Az


Etiketlər:  Niyamın Aynuru dodağından öpməsi tənqid olundu VİDEO


RƏYLƏR