Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 17:54
"Harri Potter" kitabın müəllifi Coan Roulinq Rusiyanın Ukraynaya hücumu nəticəsində zərər çəkmiş uşaqlara yardım olmaq üçün ianə kompaniyası başladıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, yazar sahibi olduğu "Lumos" xeyriyyə fondu vasitəsilə həyata keçirdiyi ianə aksiyası nəticəsində 1 milyon funt sterlinq (2,2 milyon manatdan çox) toplayıb.
Coan tviter hesabında vəsaitin toplanmasında iştirak edən şəxslərə təşəkkürünü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynada anadan olan aktrisa Mila Kunis və həyat yoldaşı Eşton Katçer də ianə kampaniyası başladıb və özləri də 3 milyon dollar yardım ediblər. Ümumilikdə cütlük 30 milyon dollar toplamağı planlaşdırır.