Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 08:16
Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmağa hazırdır.
Bu bəyanatla BƏƏ-nin ABŞ-dakı səfiri Yusif Əl-Otaiba çıxış edib.
Bunun fonunda, dünya bazarında neftin qiymətində artım müşahidə olunmağa başlayıb. Belə ki, WTI ("Qərbi Texas") markalı neftin 1 barelinin qiyməti 1,4% bahalaşaraq 110,23 dollar təşkil edib.
Bundan əlavə, BƏƏ-nin energetika naziri Suheil əl-Mazroui çərşənbə günü ölkəsinin OPEC+ razılaşmasına və hasilat həcmlərinin tənzimlənməsi üçün mövcud mexanizmlərə sadiqliyini təsdiq edib.
"Birləşmiş Ərəb Əmirlikləri OPEC+-un neft bazarı üçün dəyərinə inanır" - nazir "Twitter"də bildirib.