Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 08:24
Ukraynada döyüşə qatılan könüllülər arasında Britaniya parlamentinin deputatının oğlu da var.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "The Evening Standard" yazıb. Kral Dəniz Piyadalarında 5 ildən çox xidmət keçən 30 yaşlı Ben Qrantın anası Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin üzvü və Boris Consonun müşaviri, eyni zamanda keçmiş idman naziri Helen Qrantdır.
Ben Rusiyanın yaşayış binasını bombalaması, orada uşaq qışqırtısı eşidilən görüntüləri gördükdən sonra Ukraynaya getməyə qərar verib.