Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNİCEF Ukraynada uşaq evinin bombalanmasını pisləyib

UNİCEF Ukraynada uşaq evinin bombalanmasını pisləyib

Tarix: 10 Mart 2022 08:48

UNİCEF Ukraynanın Mariupol şəhərində uşaq evinin bombalanmasını pisləyən bəyanat yayıb.

UNİCEF-in direktoru Ketrin Rassel bildirib: "Mən bu gün Mariupolda doğum evinə hücum barədə xəbərdən dəhşətə gəldim. Hücum zamanı körpə uşaqlar dağıntılar altında qalıb. Mülki əhaliyə və obyektlərə, xüsusən də xəstəxana və məktəblərə hücum yolverilməzdir. UNİCEF dərhal atəşi dayandırmağa və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırır. Humanitar təşkilatlara köməyə ehtiyacı olan uşaqlara yardım üçün şərait yaradılmalıdır".

Xatırladaq ki, martın 9-da Mariupol şəhərindəki doğum evinə hava zərbəsi nəticəsində 17 nəfər xəsarət alıb. Hava zərbəsi atəşkəs vaxtına təsadüf edib.


Etiketlər:  UNİCEF Ukraynada uşaq evinin bombalanmasını pisləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ