Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 11:25
Oğlu Rəşid Kazımov mərhum Əməkdar artist Məhəbbət Kazımovla bağlı maraqlı açıqlamalar verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki,o, bu barədə "O üz" proqramında qonaq olarkən danışıb.
Rəşid deyib ki, sənətçi son dövrlər "Laçınım" mahnısını ifa edəndə səhhətində problem yaranırmış:
"Təzyiqi yüksəlirdi. Hətta həmin əsəri ifa etdiyi videolara baxın, üzü qızarırdı. Artıq tab gətirmirdi. Həkimləri deyirdi ki, "Laçınım" mahnısını oxumağa icazə verməyin. Çünki təsir göstərirdi. Bədəni zəifləyirdi".