Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 16:50
Əməkdar artist Lalə Məmmədova Türkiyədən aldığı konsert təklifindən imtina edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda stilist Elnur Həsənov "Deməsəm olmaz" proqramında deyib. O bildirib ki, buna səbəb çox az qonorar təklif edilməsi olub:
"Çox cüzi qonorar idi: 1000-1500 manat arası idi. Hər şeyi qarşılayırdılar, amma qonorar az idi. İstəyərdim ki, biz Zeynəb Bastıqa, İrəm Dəriciyə, Gökhan Tepeyə 30-40 min qonorar ödəyiriksə, bizim də sənət adamlarına onu versinlər. Hətta Sibel Cana yüz minlərlə qonorar verilir. Biz qonorarımızı dedik və onlar razılaşmadı. Bizim sənət adamları yüksək məbləğ istəməlidir. Özünü istəyən insan onların dediyi məbləğlə razılaşmır".
Elnur əlavə edib ki, konsertlərdən biri İzmirdə olmalı imiş.