Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 23:27
Martın 9-dan 10-na keçən gecə Ukraynanın Jitomir vilayətinin Korosten şəhərinin atəşə tutulması nəticəsində 3 nəfər həlak olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Korosten şəhərinin meri Vladimir Moskalenko məlumat yayıb.
Mer bildirib ki, ölənlər arasında iki Belarus vətəndaşı da var.
O, həmçinin qeyd edib ki, sakinlərin 60-70%-i Korosten şəhərini tərk edib.