Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çe Gevaranı güllələyən hərbçi öldü - FOTO

Çe Gevaranı güllələyən hərbçi öldü - FOTO

Tarix: 11 Mart 2022 10:14

1967-ci il oktyabrın 9-da Kuba inqilabçısı Ernesto Çe Gevaranı öldürən boliviyalı istefada olan hərbçi Mario Teran Salazar ötən gün Boliviyanın Santa Kruz şəhərində vəfat edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, o, bir neçə il ərzində inkişaf edən ağciyər xəstəliyindən əziyyət çəkirdi. 80 yaşlı Salazarın ölüm xəbərini Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən istefada olan general Qari Prado da təsdiqləyib.

Xatırladaq ki, 1967-ci ildə Boliviya hərbi qulluqçuları ilə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının birgə xüsusi əməliyyatı nəticəsində Çe Gevara Boliviyada tutularaq güllələnib.


Etiketlər:  Gevaranı güllələyən hərbçi öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ