Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namiq Qaraçuxurlu buna görə efirə çıxmırmış - VİDEO

Namiq Qaraçuxurlu buna görə efirə çıxmırmış - VİDEO

Tarix: 11 Mart 2022 12:05

Meyxanaçı Namiq Qaraçuxurlu efirlərə az çıxmasının səbəbini açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Namiq bu barədə "Həmin Zaur" verilişində açıqlama verib: 

"Həvəslənmək, efirə çıxmaq istəyirəm. Kanalı açıram, qarşıma elə şey çıxır ki, söndürürəm. Deyirəm, başqa işlə məşğul olum, problem budur. Baxıram müğənni oxuyur, elə mövzuda ifa edir ki, biabırçılıqdır. Efirə vermək olmaz. Gözləyirəm aparıcı irad bildirsin ki, bu nə mahnıdır? Aparıcı qoşulur ona və deyir ki, filankəsdən ismarış gəldi, nə gözəldir. Sözüm böyük çıxmasın, mən kiməm ki, bizim sənətkarlarımız var. Görün, onlar nələr çəkirlər. Düşünürəm ki, belə şeylərə görə onlar efirdən qaçır. Bir tərəfdən də sosial şəbəkə faktoru var. Olmasaydı, bəlkə də bu qədər naz etməzdik". 


Etiketlər:  Namiq Qaraçuxurlu buna görə efirə çıxmırmış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ