Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 13:18
Birinci Qarabağ müharibəsində əlil olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı əksər qurumlar siyahını təqdim edib.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev deyib.
Onun sözlərinə görə, siyahılar daha tez müddətdə çatdırılsa, ödənişlərə tez bir müddətdə başlanıla bilər.
"Bunun üçün xüsusi müraciətə ehtiyac yoxdur. Onların əlillikləri ilə bağlı məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemlərində var. Məlumatları həmin dövrdə xidmət etdikləri qurumlardan alırıq", - deyə o əlavə edib.