Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədinənin Avroviziya üçün hazırladığı mahnı - ''Burn in Hell''

Mədinənin Avroviziya üçün hazırladığı mahnı - ''Burn in Hell''

Tarix: 11 Mart 2022 14:25

"Səs Azərbaycan" vokal yarışmasının yarımfinalçısı Mədinə Salih Avroviziya mahnı müsabiqəsi üçün hazırladığı mahnısını təqdim edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, yeni "Burn in Hell"in musiqisi və sözləri ifaçının özünə, aranjıman və mix masterinq Fərhad Musayev, Omar Əbdülkərimov və Maksim Tsurkova aiddir. Klipin rejissoru Sərxan Axundovdur.

Mədinə mahnını 2018-ci ildə Avroviziya üçün hazırlayıb və namizədliyini nümayəndə heyətinə təqdim edib.

Lakin Nadir Rüstəmli seçildiyinə görə isə Mədinə mahnını dinləyicilərə təqdim edib.

"Mahnını 2018-ci ildə yazmışam. O, müxtəlif cür şərh edilə bilər. Bunlardan birində partnyorunun uzaqlaşdığını hiss edən və ən son tədbirlərə əl atmağa qərar verən obsesif personajın narahatlığı qeyd edilir. Eyni zamanda mahnını özü ilə qane olmayan və bu narazılığın səbəbindən qurtulmaq istəyən insanın daxili monoloqu kimi də şərh etmək olar",- Mədinə "12Xal"a açıqlamasında bildirib. 


Etiketlər:  Mədinənin Avroviziya üçün hazırladığı mahnı Burn Hell


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ