Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qəbiristanlıqda yer üstündə qohumlar arasında münaqişə yaranıb - VİDEO

Bu qəbiristanlıqda yer üstündə qohumlar arasında münaqişə yaranıb - VİDEO

Tarix: 12 Mart 2022 17:50

Bilgəh qəsəbə qəbiristanlığındakı məzarın kənarına çəkilmiş hasar sökülüb, ağaclar çıxarılıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, qəbiristanlıqdakı həmin ərazi iki məzar sahibi tərəfindən bölünə bilmir.

Onlar ayrı- ayrılıqda hasarladıqları ərazinin özlərinə məxsus olduqlarını desələr də, heç bir yol ilə sübut edə bilmirlər. Məzarlardan birinin sahibi Yaqub Qəhrəmanov bizə şikayətində bildirib ki, bu ərazini illər öncə hasarlayıb və yaxınını dəfn edib.

Bacısı Cəmilə Qəhrəmanova isə deyib ki, dünən qarşı tərəfə xəbərdarlıq edilsə də, bu gün səhər saatlarında yenidən qapı qoyaraq ərazinin bir hissəsini hörüblər.

Qarşı tərəf Mahir Salmanov isə deyib ki, bu ərazi onlarındır və hörmət əlaməti olaraq digər tərəfin orada yaxınlarını dəfn etməyə icazə veriblər.

Qəbiristanlığın müdiri Adil Mirzəyev isə məsələdən xəbərdar olduğunu və tərəflərdən birinin onu aldatdığını bildirib.

O, hər iki tərəfi üzləşdirərək problemin aradan qaldırılmasına kömək edəcəyini vəd edib.

Sözügedən məsələ ilə bağlı ərazi bələdiyyəsindən isə bildirilib ki, sakinlər arasında yaranan problemin həlli qəbiristanlıq müdirinə tapşılırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  qəbiristanlıqda üstündə qohumlar arasında münaqişə yaranıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ