Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı qaçqınların sayı 2,6 milyona çatdı

Ukraynalı qaçqınların sayı 2,6 milyona çatdı

Tarix: 13 Mart 2022 11:50

Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ukraynadan olan qaçqınların sayı 2 milyon 597 min 543 nəfərə çatıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında ​​deyilir.

Məlumata görə, onların yarıdan çoxu (1 575 703 nəfər) Polşaya köçüb.

Macarıstana 235 576, Slovakiyaya 185 673, Rusiyaya 105 897, Moldovaya 104 929, Rumıniyaya 84 671, Belarusa 938 nəfər gedib. Daha 304 156 nəfər başqa ölkələrə gedib.

Bununla yanaşı, Ukraynanın Donetsk və Luqansk vilayətlərində 96 min insan Rusiya sərhədini keçib.

Ali Komissarlığın məlumatına görə, Ukraynada humanitar vəziyyət pisləşərsə, qaçqınların sayı 4 milyon nəfəri keçə bilər.


Etiketlər:  Ukraynalı qaçqınların sayı milyona çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ