Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 18:03
Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən görünə bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Express" qəzeti xəbər verib.
O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olub və pasiyent onları başqa xəstəliklərlə qarışdıra bilər. Mehta bu mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.
Mütəxəssis xəbərdarlıq edib ki, erkən xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir - bu, qan analizi zamanı məlum olur.
Həkim həmçinin əlavə edib ki, udmaq çətinləşəndə, qarının yuxarı hissəsində ağrılar yarananda, turşu axını yarananda və insan tez arıqladıqda həkimə müraciət etmək lazımdır. Bu əlamətlər digər xəstəlikləri göstərə bilər, lakin onları mütəxəssislə yoxlamaq lazımdır.