Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 27 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

Bakıda 27 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

Tarix: 14 Mart 2022 10:06

Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Xəzər Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda 27 yaşlı qadın əri tərəfindən qətlə yetirildi


RƏYLƏR