Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 13:18
100 ildən artıqdır ki, avtomobil sənayesi hava ilə doldurulmuş pnevmatik təkərlərdən istifadə edir. Bu müddət ərzində təkərlərin dizaynı dəyişsə də, onların ümumi prinsipi dəyişməz olaraq qalıb. Lakin bəziləri bunu ədalətsizlik kimi qəbul edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məhz belə düşüncə ilə "Driven Media" kanalının bloqçuları öz əlləri ilə havasız "şinlər" yaradıb.
Su borularından hazırlanan təkərlər Britaniya istehsalı "Caterham" klassik idman avtomobili üzərində təcrübədən keçirilib.
Məlum olub ki, əslində ideya olduqca işləkdir.