Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Anam atamdan sonra ərə getməyib, işləyib bizi böyüdüm, bu indiki qadınlara bir nümunədir...”

“Anam atamdan sonra ərə getməyib, işləyib bizi böyüdüm, bu indiki qadınlara bir nümunədir...”

Tarix: 14 Mart 2022 15:45

"Dəhşətli dərəcədə işləyirəm, yaradıcılıqla məşğulam. Hətta dostlar məəttəl qalır, deyirlər ki, səksən üç yaşında belə fasiləsiz işləyirsən. Mənim "Xatirələr" kitabım artıq çapdan çıxdı. Burda öz həyatımdam bəhs olunur və bir də gəncləri maarifləndirən yazılarım var"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. A.Kazımzadə çap etdirdiyi kitablara görə borcda düşdüyünü və indi kitabları satıb onu ödəməyə çalışdığını bildirib:

"Atam Böyük Vətən müharibəsində həlak olub, atasız böyümüşəm. Mən atanın nə olduğunu bilmirəm. Özü də Kubinkada yaşamışıq. Nə atam, nə dayım, nə də əmim olub. Anamız gecə-gündüz işləyib, ərə getməyib və biz iki qardaşı böyüdüb, adam arasına çıxarıb. Bu indiki qadınlarımıza bir nümunədir. Özüm də on beş yaşımdan işləyirəm. Otuzdan artıq kitabım çapdan çıxıb. Bu günlərdə isə "Ekran arxasındakı həyat" adlı kitabım çap olundu. Çox təəssüf ki, Mədəniyyət Nazirliyi kitablarımı çap etmədi, heç maraqlanan da yoxdur. Ona görə də mən gedib borca girdim. Altı min borcum var və indi fikirləşirəm ki, o borcu necə ödəyəcəyəm. Kitabın bir dənəsi mənə 30 manata başa gəldi. İndi kitabı satıram ki, o borclarımı ödəyim. Kitabda böyük sənətkarlarımız haqda maraqlı söhbət gedir".

Milli.Az


Etiketlər:  Anam atamdan sonra ərə getməyib işləyib bizi böyüdüm bu indiki qadınlara bir nümunədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ