Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rubejnoye şəhərində internat məktəbi, xəstəxana və 3 məktəb dağıdılıb: 4 nəfər həlak olub

Rubejnoye şəhərində internat məktəbi, xəstəxana və 3 məktəb dağıdılıb: 4 nəfər həlak olub

Tarix: 15 Mart 2022 13:38

Ukraynanın Luqansk vilayətinin Rubejnoye şəhərində Rusiyanın hücumu nəticəsində gözdən əlil uşaqlar üçün internat məktəbi, xəstəxana və 3 məktəb dağılıb, 4 nəfər öldürülüb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının sədri Sergey Qayday məlumat verib.

"Luqansk vilayətində dinc əhalinin atəşə tutulması dayanmır. İnfrastrukturun və yaşayış sektorunun dağıdılması fəlakətlidir. Popasnaya, Rubejnoye, Severodonetskdə küçələrdə yanan evlər şəhərlərimizin bugünkü reallıqlarıdır", - o dedi.

Qaydayın sözlərinə görə, düşmən Rubejnoyedə gözdən əlil uşaqlar üçün Kriştalik internat məktəbini, şəhər xəstəxanasını, üç məktəbi və digər "hərbi obyektləri" dağıdıb.

Atışma nəticəsində 4 nəfər həlak olub.

"Hərbçilər, polislər, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri, həkimlər və könüllülər bütün sutka boyu işləyir, insanları xilas edirlər. Rayonun bütün yaşayış məntəqələrinə sənaye sularının və humanitar yardımların çatdırılması təşkil olunub", - Qayday bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Rubejnoye şəhərində internat məktəbi xəstəxana 3 məktəb dağıdılıb 4 nəfər həlak olub


RƏYLƏR