Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Siti”nin sahibi 11-ci klubu alır

“Mançester Siti”nin sahibi 11-ci klubu alır

Tarix: 15 Mart 2022 18:42

"Mançester Siti" başda olmaqla bir neçə klubun sahibi olan "City Football Group" Avropada daha bir klubun səhmlərini almağa hazırlaşır.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, şirkətin budəfəki hədəfi "Breda"dır.

Niderland klubunun alınması ilə bağlı Erediviziya təmsilçisi ilə danışıqlar yekunlaşmaq üzrədir. Bu baş verərsə, "Breda" "City Football Group"un Avropada 5-ci, ümumilikdə isə 11-ci klubu olacaq. Eyni zamanda Niderland klubunun "Mançester Siti"dən oyunçu transferləri də asanlaşacaq.

Qeyd edək ki, "City Football Group" hazırda "Mançester Siti" (İngiltərə), "Nyu York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "Yokohama" (Yaponiya), "Montevideo Siti" (Uruqvay), "Xirona" (İspaniya), "Sişuan Jiuniu (Çin), "Mumbay Siti" (Hindistan), "Lommel" (Belçika) və "Trua"nın (Fransa) sahibidir. Şirkət eyni zamanda Boliviya təmsilçisi "Bolivar"la da əməkdaşlıq edir.


Etiketlər:  Mançester Sitinin sahibi klubu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ