Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın bərpası üçün 565 milyard dollar lazımdır

Ukraynanın bərpası üçün 565 milyard dollar lazımdır

Tarix: 16 Mart 2022 10:56

İlkin hesablamalara görə, hazırda Ukraynada Rusiya tərəfindən dağıdılmış hər şeyi bərpa etmək üçün 500 milyard ABŞ dollarından çox vəsait lazımdır.

Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal Polşa, Sloveniya və Çexiya hökumət başçıları ilə görüşdən sonra bildirib. Bu görüşdə, xüsusilə, gələcəkdə Ukraynaya dəstək məsələləri müzakirə olunub.

"Söhbət ondan gedir ki, Aİ bu gün artıq güclü dəstək verir. Və burada təmsil olunan ölkələrin hər biri güclü dəstək verir... Və biz Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsi baxımından dəstək gözləyirik. Biz bütün dünyaya səslənirik. Ukraynaya bu müharibəni dayandırmağa kömək etmək, dövlətimizin yenidənqurma fondlarını doldurmaq. Və bərpa etmək. Biz dünyanın hər yerində onlarla dövlətin və milyonlarla insanın Ukraynaya göstərdiyi kömək və dəstəyə görə minnətdarıq", - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü nəticəsində iqtisadiyyata dəyən itkilərin qiymətləndirilməsi ilə məşğul olan Ukrayna hökumətində artıq müvafiq qrup yaradılıb və işləyir.

"İlkin hesablamalar göstərir ki, hazırda Ukrayna üçün birbaşa birdəfəlik itkilər 565 milyard ABŞ dollarından çox təşkil edir, - deyə o bildirib.

O vurğulayıb ki, Ukrayna hökuməti Rusiyanın xaricdəki vəsaitlərinə və əmlakına həbs qoyulması üçün çalışacaq: "Biz inanırıq ki, tərəfdaş ölkələr də bu iddialı plana qoşulacaqlar".

Aslan Məmmədov


Etiketlər:  Ukraynanın bərpası üçün milyard dollar lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ