Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 14:14
Rusiyadan ölkəmizə inşaat materiallarının idxalı azalıb. Satıcılar belə deyirlər. Onların sözlərinə görə, hətta son günlər bəzi tikinti materiallarının qiymətində artım da müşahidə olunur.
Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, satıcılar deyir ki, armatur və digər tikinti materialları da bahalaşıb.
Qiymət artımı mənzil bazarına da təsirsiz ötüşməyəcək. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bu fikirdədir. Onun sözlərinə görə hazır ki vəziyyət belə davam edərsə, bahalaşma qaçılmaz olacaq.
Ramil Osmanlı Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanda olan mülklərinikütləvi satışa çıxarma ehtimalını da real hesab etmir.
Ekspert Qərbin sanksiyaları fonunda rublun dəyərdən düşməsini Rusiyada yaşayan azərbaycanlı iş adamları üçün fürsət olduğunu bildirir.