Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrlandiyanın baş naziri koronavirusa yoluxub

İrlandiyanın baş naziri koronavirusa yoluxub

Tarix: 17 Mart 2022 07:56

İrlandiyanın baş naziri Mihol Martin koronavirusa yoluxub.

Bu barədə İrlandiyanın ABŞ-dakı səfirinə istinadən "The Irish Times" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına əsasən, M.Martin Vaşinqtonda koronavirus testi verib və onun testinin nəticəsi müsbət çıxıb. Ondan əlavə İrlandiyanın ABŞ-dakı nümayəndə heyətinin bir üzvünün də testinin nəticəsi müsbət olub.

Qeyd edilir ki, bununla əlaqədar İrlandiya baş nazirinin ABŞ Prezidenti Cozef Bayden ilə görüşü təxirə salınacaq.


Etiketlər:  İrlandiyanın baş naziri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ