Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Toyota Motor” Yaponiyada zavodlarını müvəqqəti bağlayıb

“Toyota Motor” Yaponiyada zavodlarını müvəqqəti bağlayıb

Tarix: 17 Mart 2022 09:16

Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" martın 16-da ölkədə baş vermiş güclü zəlzələ səbəbindən işini müvəqqəti dayandırmaq qərarına gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.

Hadisə ilə əlaqədar şirkətə dəyən ziyan açıqlanmayıb.

Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir.

Fukusima və Miyaqi prefekturalarında 130 min ev işıqsız qalıb. Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik enerjisinin verilməsi artıq bərpa edilib.

Fukusima yaxınlığında baş verən zəlzələ səbəbindən hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi elan edilib. Seysmoloqlar sakinlərə bir həftə ərzində təkrarlana biləcək təkanlar barədə xəbərdarlıq edib.

Milli.Az


Etiketlər:  Toyota Motor Yaponiyada zavodlarını müvəqqəti bağlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ