Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 10:50
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Solovyov Live" verilişinin efirində aparıcının sualını cavablandırıb.
"Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır", - XİN rəsmisi deyib.
M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: "Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir"