Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 12:02
Rusiyanın Ukraynaya hücumu bütün cəbhələrdə böyük ölçüdə dalana dirənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri son günlər quruda, dənizdə və səmada minimal irəliləyiş əldə edib və ağır itkilər verməyə davam edir.
"Ukraynanın müqaviməti möhkəmdir və yaxşı əlaqələndirilib. Bütün böyük şəhərlər də daxil olmaqla, ölkə ərazisinin böyük əksəriyyəti Ukraynanın əlindədir", - qeyd olunub.