Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyev ''qıfıllanıb'' rusiyalıları gözləyir

Kiyev ''qıfıllanıb'' rusiyalıları gözləyir

Tarix: 17 Mart 2022 22:16

Kiyevə aparan yollar etibarlı şəkildə "qıfıllanıb", Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Facebook-dakı məlumatında deyilir.

Qeyd edilib ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.

"12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir", - məlumatda deyilir.

Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. "Paytaxta aparan yollar isə etibarlı şəkildə "qıfıllanıb", Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək", - məlumatda vurğulanıb.

Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. "Biz hər fürsətdə düşməni məhv edəcəyik", - Sırski bildirib.


Etiketlər:  Kiyev qıfıllanıb rusiyalıları gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ