Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 00:33
Martın 17-nə olan məlumata görə, irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Rusiya qoşunlarının Ukraynaya vurduğu zərərin məbləği 1,8 trilyon qrivenə (62,6 milyard dollar) çatıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hesablamalara görə, hesablamalarına görə, hazırda Ukraynada ən azı 411 təhsil müəssisəsi, 36 səhiyyə müəssisəsi, 1600 yaşayış binası, 26 fabrik və onların anbarı, 15 hava limanı, 6 istilik elektrik stansiyası/su elektrik stansiyası zədələnib, dağılıb və ya ələ keçirilib.
Bundan başqa, 15 min kilometrdən çox avtomobil yolu, 5 min kilometr dəmir yolu, 350 körpü və körpü keçidləri "itirilib".