Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 09:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən ilin əvvəllərindən bərpa olunan XII əsrə aid "Sınıq körpü"nün (Qırmızı körpü) konversiyadan sonrakı 3D görüntüləri əldə olunub.
Trend-in məlumatına görə, tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.
Xatırladaq ki, abidənin bərpa və konservasiya layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin