Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 15:34
Rusiya qoşunları gün ərzində Donetsk vilayətinin 11 yaşayış məntəqəsini atəşə tutub, ölənlər və yaralananlar var.
Sonxeber.net bildirir ki, bu barədə Milli Polisin mətbuat xidmətindən məlumat verilib.
"Ən azı 16 yaşayış binasına və infrastruktur obyektlərinə ziyan dəyib. Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində ölənlər və yaralananlar var, onların arasında uşaqlar, həmçinin polis və Fövqəladə Hallar Dövlət Xidməti əməkdaşları var", - məlumatda deyilir.
Mariupol, Avdeevka, Krasnoqorovka, Marinka, Vuhledar, Boqoyavlenka, Novomixaylovka, Stepnoye, Olginka, Vasilevka, Verxnetoretskoye atəş altında idi.
"Düşmən şəhər və kəndləri raket və ağır artilleriyadan atəşə tuturdu. Rusiya Federasiyasının məhv etdiyi mülki obyektlər arasında çoxmərtəbəli və fərdi yaşayış evləri, istirahət mərkəzi, 11 mağaza da var", - polisdən bildiriblər.
Polis Ukrayna Cinayət Məcəlləsinin 438-ci (müharibə qanunlarının və adətlərinin pozulması) maddə və 110-cu maddəsi (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd) ilə cinayət işi açıb.
Aslan Məmmədov