Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” yubileyində “Qəbələ”yə böyük hesabla qalib gəldi

“Neftçi” yubileyində “Qəbələ”yə böyük hesabla qalib gəldi

Tarix: 18 Mart 2022 23:46

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün digər matçında "Neftçi" "Qəbələ" ilə üz-üzə gəlib. Bu matç saat 19:37-də start götürüb. Bu, Peşəkar Futbol Liqasının "Neftçi"yə yubiley jesti idi. Belə ki, martın 18-də bu klubun yaranmasının 85-ci ili tamam olur. PFL də məhz 1937-ci ildə yaranmış "Neftçi"yə jest edərək bu komandanın matçının start saatını 19:37-yə təyin edib. Qarşılaşma isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
20-ci tur
18 mart

"Keşlə" - "Sumqayıt" 1:1
Qol: A.Yunanov, 45 - F.Flores, 57-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Bakı. "ASK Arena", 17:00.

Keşlə: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 6. Franko Flores, 13. Pərviz Azadov, 95. Rəhman Daşdəmirov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 5. Kərim Diniyev, 72. Aldair Neto, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov.
Baş məşqçi: Sənan Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev.
Baş məşqçi: Aleksey Baqa.

"Neftçi" - "Qəbələ" 4:0
Qol: E.İsrafilov, 7; 90+5. M.Mbodj, 17. G.Pato, 81.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Bakı. "Bakcell Arena", 19:37.

Neftçi: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Milli.Az


Etiketlər:  Neftçi yubileyində Qəbələyə böyük hesabla qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ