Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi - FOTO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi - FOTO

Tarix: 19 Mart 2022 18:00

18 mart 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində konsert keçirilib.

Öncə çıxış üçün söz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayevaya verilib.

Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə keçirilib.

Tamaşaçılara xoş təəssüratlar bağışlayan konsertin solistləri - Respublika və Beynəlxalq müsabiqələr laureatları Məhəmmədəli Paşazadə (klarnet), Eldəniz Ələkbərzadə (piano), prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) uğurla çıxış ediblər.

Konsert proqramında M.Ravelin Sol əl üçün D dur konserti, P.İ.Çaykovskinin "Rokoko mövzusunda variasiyalar"ı op.33 (üç hissə), K.Veberin klarnet və orkestr üçün N.1 konserti f moll (üç hissə) səsləndirilib.

"Yeni adlar" layihəsi çərçivəsində baş tutan konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla başa çatıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ