Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 23:18
"Hazırda Belarus və Ukrayna arasında dəmir yolu əlaqəsi yoxdur".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Ukrzaliznitsa" ("Ukrayna Dəmir Yolu") ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.
O, Belarus dəmiryolçularına müraciət edərək Rusiya texnikası ilə Ukraynaya doğru qatar sürməmək çağırışı edib.
Belarus Nəqliyyat Nazirliyi Rusiyanın Ukraynaya hərbi hücumu fonunda fevralın 24-də Ukrayna ilə yük dəmir yolu əlaqəsinin dayandırıldığını bildirib. Koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərnişin dəmir yolu əlaqəsi dayandırılıb.