Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 20:44
"Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bu ölkədə hərbi əməliyyata başlamazdı".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Əgər biz NATO üzvü olsaydıq, müharibə başlamazdı. Mən ölkəm, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istərdim. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, o zaman bizi dərhal qəbul edin, çünki insanlar hər gün ölür", - deyə Zelenski bildirib.
Ukraynalı lider Alyans rəhbərləyinə birbaşa müraciət etdiyini və ondan ölkəsinin NATO-ya üzvlük məsələsində qəti qərar qəbul etməsini tələb edib.
O, qeyd edib ki, şəxsən Alyans rəhbərliyindən xahiş edib ki, NATO-ya üzvlük məsləsində bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa desin və ya sadəcə olaraq açıq şəkildə "yox" desin.
"Siz NATO-ya üzv olmayacaqsınız, amma rəsmi olaraq qapılar açıq qalacaq",- deyə Zelenski müsahibəsində bildirib.